İqor Nakoneçnı yenidən Azərbaycanda məşqçilik edəcək
18.11.2010 - 15:29
İqor Nakoneçnı yenidən Azərbaycanda məşqçilik edəcək
İmişlinin “MKT-Araz” klubunun sabiq baş məşqçisi İqor Nakoneçnı Azərbaycana qayıdır. Apasport.az saytının məlumatına görə, 50 yaşlı ukraynalı mütəxəssis vətənində I divizionda oynayan Odessanın “Çernomorets” klubunun baş məşqçi postundan bir neçə gün öncə gedəndən sonra adı yenidən ölkəmiz ətrafında hallanır. Nakoneçnının məşqçilik fəaliyyətini yenidən Azərbaycanda davam etdirə biləcəyi deyilir. Ancaq onun konkret hansı komandamızdan təklif alması açıqlanmır.
Qeyd edək ki, Nakoneçnı 2005-07-ci illərdə “MKT-Araz”ı çalışdırıb. Onun rəhbərliyi altında ən uğurlu mövsümünü (2006/07) keçirən imişlililər ölkə kubokunun finalçısı olub, UEFA kubokunda oynayıb. Bundan sonra, daha dəqiq desək, 2007-ci ilin avqustunda, çempionatın startına iki gün qalmış dağılan komanda güclülər dəstəsində çıxışını dayandırdı. Həmin vaxt vətənə dönən Nakoneçnı “Çernomorets”də ilk olaraq məşqçi, daha sonra baş məşqçi əvəzi oldu, bu ilin mayın 13-də isə baş məşqçi təyin olundu.