Mişel Platini “Qızıl top”a əsas namizədin adını açıqladı
18.11.2010 - 15:48
Mişel Platini “Qızıl top”a əsas namizədin adını açıqladı
UEFA prezidenti Mişel Platini bu il Avropanın ən yaxşı futbolçusu olmağa öz namizədini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ötənlərin əfsanəvi futbolçusu “Qızıl top”a əsas namizəd ispaniyalı yarımmüdafiəçi Xavi Ernandesi sayır. Platinin fikrincə, “Barselona”nın və yığmasının lideri Avropanın ən yaxşısına daha layiqlidir: “Dünya çempionatı qalibin müəyyənləşdirilməsində böyük rol oynayır. Ona görə də fikrimcə, bu il mükafata Xavi, Uesli Sneyder və Andreas İnyesta namizəddir. Ancaq Xavinin onlar arasında əsas favorit olduğunu düşünürəm”.
Qeyd edək ki, bu il yığmasının heyətində dünya çempionu olan Xavi 2008-də Avropada qızıl medal qazanıb, həmin çempionatın ən yaxşı futbolçusuna verilən “Qızıl top”a sahib çıxıb.