“Qarabağ” əvəzedicilərindən üstün oldu
18.11.2010 - 16:02
“Qarabağ” əvəzedicilərindən üstün oldu
“Qarabağ” Unibank Premyer Liqasında AZAL-la oyuna hazırlıqları davam etdirir. Apasport.az saytının məlumatına görə, yığmanın Çernoqoriya ilə yoldaşlıq görüşü və Qurban bayramı ilə əlaqədar olaraq yaranmış fasilənin ardından əsas komanda bu gün əvəzedicilərlə gücünü yoxlayıb. Oyun gözlənildiyi kimi Qurban Qurbanovun yetirmələrinin qələbəsi ilə başa çatıb. Əsas komandanın gənc ulduzlarından Murad Səttarlının het-trik etdiyi qarşılaşmada Georgi Adamiya ilə 4-cü qolu vurub. Əvəzedicilərdən isə oyuna sonradan daxil olmuş İlhami Fərzəliyev təsəlli topunun müəllifi olub: 4:1.
Qeyd edək ki, bu görüşdə Çernoqoriya ilə yoldaşlıq oyununa çağırılmış futbolçular iştirak etməyiblər.

Mənbə: qarabagh.com