“Qalatasaray”ın maraqlandığı futbolçu Azərbaycanı xatırladı - FOTO
18.11.2010 - 17:10
“Yığmanın Almaniya və Azərbaycanla oyunlarında aldığı nəticələr üzücüdür. Bu qrupdan çıxacağımıza ümid edirəm. Onlar dünya və Avropa üçüncüsü olan qardaşlarımızdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyənin “Gənclərbirliyi” klubunun qapıçısı Sərdar Kulbilge deyib. “Qalatasaray”a keçmək variantı olan futbolçu yığmamızla bir aydan artıq keçən Bakıdakı görüşü xatırlayıb. Sərdarın sözlərinə görə, millisi uduzsa belə, Türk xalqı olaraq onlara çox böyük dəstək vermələri lazımdır: “Türk oyunçusunun hər çətinliyin öhdəsindən gələcək xarakter və istedada malik olduğunu düşünürəm. Bu qrupdan ən pis halda ikinci olaraq çıxacağımıza inanıram. Milli komandamızda başında olan Qus Hiddinkə hər kəs hörmət etməlidir. Onunla bağlı qərarı federasiyamız aldı və hər kəsin hörmət etməsi gərəkdir. Sonda özünü isbatlamış, karyerası olan bir baş məşqçidir”.
Qeyd edək ki, Sərdar “Kocaelispor”da yığmamızın kapitanı Rəşad Sadıqovun komanda yoldaşı olub.
Qeyd edək ki, Sərdar “Kocaelispor”da yığmamızın kapitanı Rəşad Sadıqovun komanda yoldaşı olub.
0
0