Azər Məmmədov: Heç özüm də bunun səbəbini anlaya bilmirəm
19.11.2010 - 00:01
“Heç özüm də bilmirəm ki, niyə birdən birə uğursuzluğa düçar olduq. Fikirləşirəm ki, hər bir komandanın eniş və yüksəliş dövrü olur. Biz də indi eniş vaxtını yaşayırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun kapitanı Azər Məmmədov deyib. Mövsümə ardıcıl 5 heç-heçə ilə başlayan, daha sonra doğma meydanda “İnter” və “Xəzər Lənkəran” kimi iddialı komandaları məğlub edib, diqqət mərkəzinə düşən Gəncə təmsilçisi indi heç də yaxşı günlərini yaşamır. Qarşısına ilk “altılıq”a düşmək məqsədi qoyan Fuad İsmayılovun yetirmələrinin bunun öhdəsindən gələcəyi bir qədər çətin görünür. Məmmədovun sözlərinə görə, son oyunda Tovuzda “Turan”a yenilən “Gəncə” heç olmasa qarşıdakı 3 oyundan maksimum xal toplamaq istəyir: “Hələ heç nə bitməyib. Qarşıdakı 3 oyundan maksimum xal toplayıb, “altılıq” uğrunda mübarizədə var olduğumuzu sübut etməliyik”.
Təcrübəli futbolçu komandanın məğlubiyyətini hər dəfə müdafiə xəttinin inamsız oyunu ilə bağlamağın da əleyhinədir: “Müasir futbolda 3-4 müdafiəçi olmur. 11 nəfər həm hücumçu, həm də müdafiəçidir. Komanda qol buraxırsa, deməli, hamımızın səhvi var. Bugünkü uğursuz çıxışımız sırf komandanın zəif oynaması ilə bağlıdır. Birinci hissədə qol vururuq, fasilədən sonra isə top buraxıb yenilirik. Heç özüm də bunun səbəbini anlaya bilmirəm”.

0
0