Saşa Yunisoğlu: “Neftçi” ilə oyunda yeganə məqsədimiz qalib gəlməkdir
19.11.2010 - 00:24
“Kiminlə oynamağımızdan asılı olmayaraq, yeganə məqsədimiz qələbə qazanmaq, xal ehtiyatını artırmaqdır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun müdafiəçisi Saşa Yunisoğlu deyib. Xüsusilə II dövrədən iddialıların qəniminə çevrilən “Qəbələ” həftəsonu “Neftçi”nin qonağı olacaq. “Xəzər Lənkəran” və “İnter”dən sonra əyalət təmsilçisi bu dəfə turnir cədvəlinə başçılıq edən “Neftçi”ni büdrətmək niyyətindədir. Yunisoğlu rəqibdən çəkinmədiklərini bildirib: “Başa düşürük, rəqibimiz “Neftçi”dir. Bu komanda hazırda turnir cədvəlinə başçılıq edir və ölkənin ən titullu komandasıdır. Ancaq bu oyunu uduzmağımız anlamına gəlməməlidir. Çünki hər xala ehtiyacımız var”.
Saşanın sözlərinə görə, qarşısına avrokuboklara yüksəlmək məqsədi qoyan “Qəbələ” liderlə oyunda məğlubiyyət haqda düşünmür: “Komandamız öz oyununu tapıb. Nəyə qadir olduğumuzu son matçlarda ortaya qoyduq. Düzdür, “Neftçi” güclü rəqibdir. İlk dövrədə bizi həm də oyun baxımından üstələyən və məğlub edən yeganə komandadır”.

0
0