Həmit Altıntop Superliqa klubunun hədəfində
19.11.2010 - 09:25
Həmit Altıntop Superliqa klubunun hədəfində
Almaniyanın “Bavariya” klubunun futbolçusu Həmit Altıntop karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Türkiyə milli komandasının futbolçusu İstanbulun “Fənərbaxça” klubunun hədəfindədir. Cari mövsümə uğursuz başlayan “sarı-lacivərdlilər”in baş məşqçisi Aykut Kocaman yanvarda baş tutacağına ümid etdiyi bu transferlə heyəti gücləndirmək niyyətindədir. Onun fikrincə, Həmit bu mənada ideal variantdır.

Qeyd edək ki, Altıntop bu mövsüm “Bavariya”da 7 oyun keçirib.