“Neftçi” qışda “Rubin”lə danışıqlar aparacaq
19.11.2010 - 09:55
“Neftçi” qışda “Rubin”lə danışıqlar aparacaq
Bakının “Neftçi” klubu qış fasiləsində yenidən Rusiyanın “Rubin” komandası ilə danışıqlara başlayacaq. Apasport.az saytının məlumatına görə, paytaxt komandasının rəhbərliyi kazanlılardan icarəyə götürdüyü Bahodir Nasimovun birdəfəlik transfer hüquqlarına yiyələnmək istəyir. Danışıqlar müsbət alınarsa, 23 yaşlı özbək futbolçu ilə yeni müqavilə imzalanacaq.
Qeyd edək ki, “Neftçi” Nasimovu “Rubin”dən 1 illik icarəyə götürüb. Hücumçu isə “ağ-qaralar”da gözəl oyun nümayiş etdirir və 14 qolla Unibank Premyer Liqasının bombardiridir.