“Azərbaycandakı məğlubiyyət bədbəxt hadisə idi”
19.11.2010 - 10:22
“Azərbaycandakı məğlubiyyət bədbəxt hadisə idi”
Futzal üzrə Qazaxıstan çempionu “Kayrat” Azərbaycanda aldığı məğlubiyyəti unuda bilmir. Apasport.az saytının məlumatına görə, Almatıda mətbuat konfransı keçirərək yeni mövsümlə bağlı planlarını açıqlayan klub rəhbərliyi bir illik fasilədən sonra yenidən UEFA kubokunun “Dördlər finalı”nda oynamaq iddiasını açıqlayıb. Ötən il Bakıda keçirilən elit-raundda Azərbaycan çempionu “Araz”a uduzmaqla həlledici mərhələdən kənar qalan qazaxıstanlılar bir daha belə uğursuzluq yaşamayacaqlarını düşünürlər.

Təmsilçimizin qələbəsində yığmada da çıxış edən braziliyalıların rolunun vurğulandığı tədbirdə “Kayrat”ın baş məşqçisi Joao Karlos Barboza da çıxış edib: Azərbaycanda baş verənlər bədbəxt hadisə idi. İndi isə bizim yeni komandamız var”.

Qeyd edək ki, ötən ilin noyabrında “Kayrat”la qarşılaşmada “Araz”ı heç-heçə belə qane etsə də futzalçılarımız 4:3 hesabı ilə qalib gəlmişdi.