Çernoqoriya Azərbaycanla oyunda 330 xal qazandı
19.11.2010 - 11:25
Çernoqoriya Azərbaycanla oyunda 330 xal qazandı
Noyabrın 17-də keçirilən yoldaşlıq oyununda Azərbaycan milli komandasını məğlub edən Çernoqoriya yığmasının qazancı məlum olub. Apasport.az saytı sabiq yuqoslaviyalıların bu qələbə üçün qazandıqları FİFA reytinqini hesablayıb.

Belə ki, Zlatko Krançarın yetirmələri üçün 2:0 hesabı ilə udmaq 330 xala bərabər olub. Millimiz isə bu görüşə görə xal hesabını artıra bilməyib.

Berti Foqtsun yetirmələri Podqoritsada uduzmayıb, heç-heçə etsəydi bu komandamıza 174 xal gətirəcəkdi. Səfər qələbəsinin dəyəri isə 522 xalla ölçüləcəkdi.

Qeyd edək ki, yığmamız 2010-cu ildə keçirdiyi 6 oyunda xal qazana bilib. İordaniya (260), Lüksemburq (228), Moldova (111), Honduras (150), Küveyt (106) və Türkiyəyə (1343) uduzmamağımız reytinqimizə xal gətirib.