“Neftçi” milli komandaya qarşı
19.11.2010 - 11:59
Bu gündən etibarən Bakıda təlim-məşq toplanışına başlayan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun yetirmələri hazırlıq prosesi çərçivəsində “Neftçi” klubunun nəzdindəki U-19 komandası ilə yoxlama görüşündə qüvvəsini sınayacaq. Noyabrın 22-də baş tutacaq qarşılaşma saat 12:30-da başlayacaq. Oyun Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində keçiriləcək.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0