“Xəzər Lənkəran”ın üzvü Rusiyaya dəvət olundu
19.11.2010 - 12:14
“Xəzər Lənkəran”ın üzvü Rusiyaya dəvət olundu
“Xəzər Lənkəran” klubunun həkimi Rövşən Muradov Rusiyadan dəvət alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz noyabrın 29-dan dekabrın 1-dək Moskvada idman zədələrinin müalicəsinin fizioterapevtik metodları ilə bağlı beynəlxalq seminarda iştirak edəcək.

“İqlsportsmed”in “Compex”lə (Fransa – İsveçrə) birgə keçirdiyi seminara idman tibbində və masaj sahəsində dünyanın tanınmış mütəxəssisləri qatılacaq. Belə ki, ABŞ-dan olan Piter Fannerstil idman zədələrinin müalicəsində kinezioteypirovaniya və miofastsiol masaj texnikası ilə məşğələ keçəcək.

ABŞ-da İdman Masajçılarının Hazırlığı Mərkəzinin direktoru olan Fannerstil idman zədələri və reabilitasiyasında ən yaxşı mütəxəssislərdən sayılır. O, 2004-cü ildə Afinadakı Yay Olimpiya Oyunlarında ABŞ yığmasının idmançılarının reabilitasiya mərkəzinə rəhbərlik edib.

“Compex”in ləvazimatlarını əsas hazırlayanlardan biri fizioterapevt, professor Paskal Adamsdır. O, 20 ildir Parisdəki reabilitasiya mərkəzində işləyir. Adams iştirakçılara əzələlərin məşqi, masajı, reabilitasiyası zamanı “Compex” ləvazimatlarının istifadəsi ilə bağlı praktiki məşğələ keçəcək, peşəkar idmanda elektrostimulyasiyanın istifadəsi metodlarını tanış edəcək.

İdmançıların zədələrin profilaktikası və reabilitasiyası ilə bağlı İspaniyanın “Numan Tecar” şirkəti yeni fizioterapevtik cihaz hazırlayıb. Onu seminar iştirakçılarına Barselonadan olan, İspaniyanın ən yaxşı futbol klubları ilə çalışan təcrübəli fizioterapevt Leonart Munos təqdim.

Qeyd edək ki, bütün seminar iştirakçılarına bu texnologiyanı öz praktikasında istifadə etməyə icazə verən müvafiq sertifikatlar veriləcək.