İspaniyalı məşqçi: Azərbaycanda güclü futbol komandaları var
19.11.2010 - 12:42
“2011/12 mövsümündə ilkin seçmə mərhələnin qrupumuzdakı oyunları Azərbaycanda keçiriləcək. Meydan sahibləri bizə tanış rəqibdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət İspaniya yığmasının baş məşqçisi Xorxe Vilda deyib.
Avro-2012-nin gələn ilin sentyabrın 29-dan oktyabrın 5-dək keçiriləcək seçmə oyunlarında Azərbaycanla bir qrupda yer alan pireneylilərin çalışdırıcısı Bakıda baş tutacaq qarşılaşmalar ərəfəsində rəqiblərini dəyərləndirib: “Bizim qızlardan ibarət U-19 yığmamız Azərbaycan millisi ilə görüşüb. Yəni, onlarla oyun təcrübəmiz var. Bilirik ki, bu ölkədə rəqabətə davamlı, güclü komandalar var. Ona görə də bizə çətin olacaq. Digər rəqibimiz Ukrayna isə böyük potensiala malik komandadır. Bosniya və Herseqovinaya gəlincə, onlar da inkişaf etməkdədirlər. Bir sözlə, seçmə oyunlar bizim üçün ciddi sınaqdır və yarış Azərbaycandakı dünya çempionatına seçmə xarakteri daşıdığından məsuliyyətimizi artırır”.

0
0