“Bakı” üçün gözəl şans, “Neftçi” Adamsa, “Xəzər Lənkəran” Həsənova qarşı
19.11.2010 - 13:11
Azərbaycan yığmasının Çernoqoriya ilə yoldaşlıq görüşü bitəndən sonra bütün diqqətlər yenidən Unibank Premyer Liqasına yönəlib. Apasport.az saytının məlumatına görə, son 2 həftədən fərqli, qarşıdakı XIII turun oyunları şənbə və bazar günləri keçiriləcək.
İlk oyun günündə iddialı komandaları elə də çətin olmayan sınaq gözləyir. Son 2 turda qələbələri sıralayan “Bakı” “altılığ”a düşmək üçün gözəl şans qazanıb. “Zolaqlılar” autsayder MOİK-lə ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacağından, nominal qonaq olacaq. Ancaq meydana qətiyyən arxayın çıxmaq olmaz. Çünki “hərbçilər” ötən həftə mükafatlara iddialı AZAL-la gözlənilmədən bərabərliyə (1:1) qalmaqla, onu büdrətdi. “Qəbələ”nin “Neftçi” ilə oyunda xal itkisi gözlənilən olduğundan, “Bakı” qələbə sayəsində 6-cı pilləni onun əlindən alacaq.
“İnter”lə “Turan”ın sınağı nisbətən asan olmalıdır. Hər halda, qüvvələr nisbətində fərq böyükdür. Ancaq bir şeyi də nəzərə alaq ki, gürcü baş məşqçi Revaz Dzodzuaşvilinin gəlişindən sonra “Turan” inamlı təsir bağışlayır. Təsadüfi deyil ki, tovuzlular son 3 oyunda meydanı məğlub tərk etmirlər. “Şəfa” stadionundakı görüşü gürcü çalışdırıcıların dueli kimi xarakterizə etmək olar. Hər halda, “İnter”i ötən mövsüm çempion edən Kaxaber Sxadadze Dzodzuaşvilinin gənc həmyerlisidir.
“Gəncə” 4 illik fasilədən sonra güclülər dəstəsində ilk oyununu keçirdiyi, qalib gələ bilmədiyi rəqibin qonağıdır. “Simurq” son ev oyunu olan AZAL-la görüşdən fərqli, bu dəfə təmsil etdiyi Zaqatalada meydana çıxacaq. Son vaxtlar “uğursuzluq zolağı”na düşən “Gəncə” xal itkiləri nəticəsində “altılıq”dan uzaqlaşır. Bu mənada autsayder üzərində qalib gəlib, xal ehtiyatını artırmaq lazımdır.
Turun ən maraqlı oyunları bazar günü keçiriləcək. Lider “Neftçi”ni ən yaxın izləyiciləri olan “Xəzər Lənkəran”la “İnter”in son oyunlarda qəniminə çevrilən, bu 2 komandadan 4 xal alan “Qəbələ” ilə çətin sınaq gözləyir. Düzdür, qonaqların heyətlə bağlı ciddi itkilərinin olması meydan sahiblərinin işinə yarayır. “Qəbələ” zədə və cəza üzündən əsas futbolçuları - Branimir Subaşiç, Bruno da Silva, Deon Bartonun xidmətindən yararlana bilməyəcək.
AZAL-la “Qarabağ” meydana yalnız 3 xal üçün çıxacaq. Ötən tur bu komandalar vacib xal itkilərinə yol verdi. AZAL autsayderə MOİK-ə qalib gələ bilmədiyi halda, “Qarabağ” əsas rəqiblərindən olan “Bakı”ya uduzdu (0:2). “Xəzər Lənkəran”ı da bu tur heç də asan sınaq gözləmir. “Muğan” turnir cədvəlinin sonlarında qərarlaşsa da, lənkəranlıları ilk dövrədə büdrədə bildi. Bundan nəticə çıxartmalı olan cənub təmsilçisi salyanlılarla görüşə ciddi hazırlaşmalıdır. “Muğan” ötən tur “Neftçi”yə evdə böyük hesablı məğlubiyyətdən (0:3) sonra istefa verən bosniyalı baş məşqçi Almir Hurtiçi əvəzləyən yeni çalışdırıcı, uzun müddətdir komandada məşqçi işləyən Bəhmən Həsənovun rəhbərliyi altında ilk oyuna çıxacaq.
20 noyabr
14:00. MOİK - "Bakı"
Hakimlər: Əfqan Həmzəyev, Zeynal Zeynalov, Elşən Durmuşov, Tahir Əhmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 1:2
14:00. "Simurq" - "Gəncə"
Hakimlər: Ceyhun Haşımov, Habil Əliyev, Ramiz Əsədov, Rasim Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 1:1
16:00. "İnter" - "Turan"
Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, Mübariz Haşımov, Elvin Əsgərov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 3:0
21 may
14:00. AZAL - "Qarabağ"
Hakimlər: Elçin Məmmədov, Roman Vasilyev, Yaşar Abbasov, Alik Yunusov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 0:0
16:00. "Neftçi" - "Qəbələ"
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, İlham Əliyev, Vüsal Əliyev

İlk dövrədəki oyun – 2:0
16:00. "Xəzər Lənkəran" - "Muğan"
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Coşqun Həsənov, Teymur Fərhadov
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk dövrədəki oyun – 0:0
TURNİR CƏDVƏLİ
Bombardir: Bahodir Nasimov (Neftçi) - 14

1 | Neftçi | 13 | 9 | 3 | 1 | 29-7 | 30 |
2 | Xəzər Lənkəran | 13 | 8 | 3 | 2 | 14-6 | 27 |
3 | AZAL | 13 | 7 | 4 | 2 | 18-7 | 25 |
4 | İnter | 13 | 7 | 3 | 3 | 10-9 | 24 |
5 | Qarabağ | 13 | 6 | 3 | 4 | 15-9 | 21 |
6 | Qəbələ | 13 | 5 | 4 | 4 | 9-7 | 19 |
7 | Bakı | 13 | 5 | 3 | 5 | 17-16 | 18 |
8 | Gəncə | 13 | 3 | 6 | 4 | 19-20 | 15 |
9 | Muğan | 13 | 2 | 5 | 6 | 6-14 | 11 |
10 | Turan | 13 | 2 | 5 | 6 | 11-18 | 11 |
11 | Simurq | 13 | 1 | 3 | 9 | 9-21 | 6 |
12 | MOİK | 13 | 1 | 2 | 10 | 5-28 | 5 |

0
0