“Gəncə” üçün önəmli tur - STATİSTİKA
19.11.2010 - 14:48
“Gəncə” üçün önəmli tur - STATİSTİKA
Unibank Premyer Liqasının XIV turu “Gəncə” üçün xüsusi önəm kəsb edir. Apasport.az saytının məlumatına görə, Zaqatalada “Simurq”la qarşılaşma qərblilər üçün Azərbaycan çempionatlarının güclülər dəstəsində yubiley 400-cü oyun olacaq.

Yubileyini səfərdə qeyd edəcək komanda 1992-2005-cı illərdə “Kəpəz”, bundan sonra isə “Gəncə” adı altında oynayıb. 3 dəfə çempion titulunu qazanan klub 2006-cı ildə tarixin yaddaşına köçsə də 3 ildən sonra bərpa olunub və artıq yenidən Premyer Liqada mübarizə aparır.

İndiyədək güclülər dəstəsində 399 oyun keçirən gəncəlilər 220 qələbə qazanıb 76 heç-heçə edib və 103 dəfə məğlub olub.

Qeyd edək ki, Azərbaycan çempionatlarında yalnız 3 klub – “Neftçi”, “Qarabağ” və “Turan” oyun sayında “Gəncə”dən öndə qərarlaşıb.

MÖVSÜM

OYUN SAYI

I

1992

24+12*

II

1993

18+2*

III

1993/94

30

IV

1994/95

24

V

1995/96

20+10*

VI

1996/97

30

VII

1997/98

26

VIII

1998/99

26+10*

IX

1999/2000

22

X

2000/01

20

XI

2001/02

22+4*

XII

2003/04

26

XIII

2004/05

34

XIV

2005/06

26

XIX

2010/11

13

CƏMİ

399



Qeyd: * işarəsi ikinci mərhələdə keçirilən oyunlarını göstərir.