Azərbaycan çempionu Rusiyaya 6 braziliyalı ilə gedir
19.11.2010 - 14:56
Azərbaycan çempionu Rusiyaya 6 braziliyalı ilə gedir
Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində çıxış edəcək “Araz” klubunun heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rusiyanın Yekaterinburq şəhərində mübarizə aparacaq Azərbaycan çempionunun heyətində 6 braziliyalı olacaq.

Bunlar Anderson Monteyro Da Silva, Felipe Ribeyro Dos Santos, Manuel Henqiqu Ramos Veyra, Alveş Reynaldo De Payva, Melyo Borxes Eduardo, Eder Antonio Souza De Oliveyradır. Onlarla yanaşı, Andrey Tveryankin, Marat Salyanski, Konstantin Duşkeviç, Rizvan Fərzəliyev, Zeynal Zeynalov və Vitali Borisov da “Araz”ın şərəfini qoruyacaq.

Qeyd edək ki, təmsilçimiz noyabrın 22-də “Ararat Nikosiya” (Kipr), ertəsi gün “Montesilvano” (İtaliya), ayın 25-də isə yerli “VİZ-Sinara” (Rusiya) ilə qarşılaşacaq.

Mənbə: affa.az