“Muğan” qışda güclənəcək
19.11.2010 - 15:55
“Baş məşqçimiz Bəhmən Həsənovla anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub. Ona görə də tək “Xəzər Lənkəran”la deyil, digər matçlara da komandanı o hazırlayacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
Qarşısına ilk “altılığ”a düşmək məqsədi qoyan, amma hazırda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşan “Muğan”da vəziyyət heç də ürəkaçan deyil. Buna baxmayaraq, klub rəhbərliyi məqsədlərinin dəyişmədiyini bildirib: “Onsuz da indi vəziyyətimiz ürəkaçan deyil. Komanda 10-cu pillədə qərarlaşıb. Bu da uğursuz nəticədir. Buna baxmayaraq, məqsədimiz dəyişməyib”.
Heyətə gəldikdə, klub rəsmisi hələlik hansısa islahatların aparılmasına ehtiyac duymur: “Gedənlər gedib, qalanlar hamısı “Muğan”a bağlı futbolçulardır. Ona görə də hansısa futbolçunu indi komandadan göndərməyi düşünmürük. Qışda heyətə yeni oyunçular cəlb edəcəyik”.

0
0