Qurban Qurbanov “99”u ötdü
19.11.2010 - 16:06
Qurban Qurbanov “99”u ötdü
Unibank Premyer Liqasının XIV turu Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 38 yaşlı çalışdırıcı məşqçi karyerasında 100-cü çempionat oyununa çıxacaq.

Yubileyini AZAL-la matçda qeyd edəcək Qurbanov 2006-cı ildən başladığı baş məşqçiliyi dövründə iki klubu – “Neftçi” və “Qarabağ”ı çalışdırıb. Güclülər dəstəsində 5-ci mövsümdür işləyən gənc mütəxəssis artıq 99 oyunu arxada qoyub.

Qeyd edək ki, hazırda Unibank Premyer Liqasında çalışan məşqçilər arasında məhz Qurbanov bu göstəricidə hamıdan öndədir.


klub

mövsüm

O

Q

H

M

T

X

“Neftçi”

2006/07

24

17

3

4

47-15

54

 

2007/08

4

2

1

1

7-4

17

 

Cəmi

28

19

4

5

54-19

61

“Qarabağ”

2008/09

26

14

7

5

35-22

49

 

2009/10

32

14

12

6

31-26

54

 

2010/11

13

6

3

4

15-9

21

 

Cəmi

71

34

22

15

81-57

124

karyera

Cəmi

99

53

26

20

135-76

185