Arif Əsədov: Biz bu sindromu qırdıq
19.11.2010 - 16:29
"Qəbələ" Premyer Liqada güclü komandalardan biridir. Ötən mövsüm bizim üçün ən arzuolunmaz rəqiblərdən idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
40 yaşlı mütəxəssis Unibank Premyer Liqasının XIV turunun “Qəbələ” ilə oyunu ərəfəsində klubun rəsmi saytına müsahibə verib. Əsədov qarşıdakı matçı haqda danışıb: “Əlbəttə, hər bir komanda meydanı qalib tərk etmək istəyir. "Qəbələ" “altılığ”a düşməyə iddialıdır. Düşünürəm ki, digər komandalar kimi, "Qəbələ" də bizə qarşı var gücü ilə oynayacaq. Komandamızda "Qəbələ" sindromu var idi və bu sindromu biz I dövrədə Qəbələdə qıra bildik və bu dəfə də çalışacağıq ki, qələbə qazanaq. Komandaya gəldikdə isə zədəli futbolçularımız var, bunlar Rail Məlikov, Paulius Qribauskas və Flavinyodur, kollektivdə əhval-ruhiyyədə yüksək səviyyədədir. Yeganə məqsədimiz 3 xal qazanmaqdır və turnir cədvəlinin zirvəsində mövqeyimizi bir qədərdə möhkəmlətməkdir”.

0
0