“AZAL-a yenə qol vursam, çox sevinərəm”
19.11.2010 - 16:43
“AZAL-la görüşə adi oyunlar kimi hazırlaşırıq. Amma qələbə bizim üçün daha vacibdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Zaur Həşimov klubunun rəsmi saytına açıqlamasında deyib.
Vaxtilə millimizin üzvü olan müdafiəçi AZAL “Olimpik” adlanan vaxtda bu komanda ilə görüşdə tarixi qola imza atıb. Belə ki, 2007/08 mövsümünün son turunda “Qarabağ”ı qəbul edən “təyyarəçilər”ə çempionluq üçün 1 xal da yetərli idi. Hər şey buna doğru getdiyi bir vaxtda, Həşimovun 85-ci dəqiqədə vurduğu qol bakılıları çempionluqdan məhrum etdi.
Unibank Premyer Liqasının növbəti turunda da “Qarabağ” “Şəfa” “təyyarəçilər”in qonağı olacaq. Zaur həmin qol və növbəti duellə bağlı fikirlərini bölüşüb: “O, qol çox baxımlı alınmışdı. Özü də həmin qoldan sonra çempionatda fərqlənə bilmirəm. Düzdü, o vaxtlar yarımmüdafiədə çıxış edirdim, qola daha yaxın olurdum. İndi sadəcə, künc zərbəsi zamanı qol vurmaq imkanım olur. Amma komandanın qələbəsi üçün heç də mənim qol vurmağım vacib deyil. İnşallah, bazar günü qələbə qazanarıq. Təbii ki, qol vurmaq imkanım olsa, buna çox sevinərəm”.

0
0