Məşhur futbolçu əyalət komandasında - FOTO
19.11.2010 - 17:43
Braziliya yığmasının sabiq futbolçusu Rivaldo karyerasını davam etdirməyə qərar verib. Apasport.az saytının məlumatına görə, 1999-cu ildə FİFA tərəfindən ilin futbolçusu seçilən hücumçu bu dəfə əyalət komandasında forma geyinəcək.
38 yaşlı Rivaldo San Paulo regionunda mübarizə aparan “Mogi Mirim”lə müqavilə bağlayıb. Bu liqanın oyunları yanvardan start götürəcək.
Qeyd edək ki, son 2 mövsümü Özbəkistanın “Bunedkor” komandasında top qovan Rivaldo Braziliyada “Santa Kruz”, “Korentians”, “Palmeyras” və “Kruzeyro”da, Avropada isə “Milan”, “Barselona”, “Deportivo”, “Olimpiakos” və AEK-də oynayıb.

0
0