Pike Şakira ilə qol-qola - FOTO
19.11.2010 - 18:20
İspaniya milli komandasının futbolçusu Xerard Pike eşqə düşüb. Apasport.az saytının məlumatına görə, “Barselona”nın 23 yaşlı mərkəz müdafiəçisi son vaxtlar məşhur müğənni Şakira ilə birlikdə ictimaiyyət arasına çıxıb.
Sevgililərin CAR-da keçirilən dünya çempionatının final mərhələsində tanış olduqları iddia olunur. Belə ki, dünya çempionu adını qazanan Pikenin oyunu çempionatın açılış mərasimində mahnı ifa edən Şakiranı məftun edib. Təbii ki, futbolçu da gözəlçənin cazibəsi qarşısında biganə qala bilməyib.

0
0