Maksim Medvedev: Nə vaxt meydana çıxacağıma baş məşqçi qərar verəcək
19.11.2010 - 18:34
Azərbaycan yığmasının futbolçusu Maksim Medvedevin yaşıl meydana dönəcəyi vaxt məlum olub. Apasport.az saytının məlumatına görə, zədəli olduğu üçün bir müddətdir şərəfini qoruduğu Ağdamın “Qarabağ” klubunun heyətindən kənarda qalan 21 yaşlı müdafiəçi hazırda müalicəsini davam etdirir. Bu səbəbdən millinin Çernoqoriya ilə keçirdiyi oyuna da çağırılmayan Maksim müalicəsini klubun həkimi həyata keçirir.
Ağdam təmsilçisinin yetirməsi olan Medvedev AZAL-la oyunda da meydana çıxmayacaq. Bununla belə, futbolçu yaşıl meydanlara nə vaxt dönəcəyi tarixi də açıqlayıb: “Hələ oynamayacağam. Bir həftəyə komandanın hazırlığına qoşulacağam və məşqlərə başlayacağam. Bundan sonra nə vaxt meydana çıxacağıma baş məşqçi qərar verəcək”.

- Arda Turanın komandası sabiq “Fənərbaxça”lını transfer etdi
- “Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”
0
0