AFFA Şükürova “get” dedi
19.11.2010 - 19:01
Adil Şükürov Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının (U-17) baş məşqçisi postunda fəaliyyətini dayandırıb. Apasport.az saytının məlumatına görə, AFFA 33 yaşlı çalışdırıcı ilə yollarını ayırmağı qərara alıb.
Şükürovun müqavilə müddətinin bitməsi ilə əlaqədar olaraq qarşılıqlı razılıq əsasında onunla anlaşma uzadılmayıb.
Qeyd edək ki, Şükürov U-17-də ilk olaraq almaniyalı baş məşqçi Oliver Pilzerin köməkçisi kimi çalışırdı. Pilzerin gedişindən sonra yığmanın sükanı arxasına keçən gənc çalışdırıcı işi uğursuz alındı. Komandamız Şükürovun rəhbərliyi altında son Avropa çempionatının seçmə mərhələsində hər üç oyunda uduzaraq, qrup sonuncusu oldu.

- Arda Turanın komandası sabiq “Fənərbaxça”lını transfer etdi
- “Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”
0
0