Cerrard zədələndi, federasiya ziyana düşdü
19.11.2010 - 23:51
Fransa ilə keçirilən yoldaşlıq görüşündə yarımmüdafiəçi Stiven Cerrardın zədələnməsi İngiltərə Futbol Federasiyasına baha başa gəlib. Apasport.az saytının xəbərinə görə, "Liverpul"un kapitanı müayinə olunub və sonra futbolçunun 1 aydan tez sağalmayacağı məlum olub.
Xəbərdən qəzəblənən klub rəsmiləri buna görə haqq tələb ediblər. Nəticədə isə federasiyanın sığorta şirkəti Cerrardın zədəli qalacağı müddətdə "Liverpul"a 575 min avro ödəməyə razı olub.
Qeyd edək ki, bu hal İngiltərə üçün yad deyil. Belə ki, əvvəllər də Defo və Uolkot üçün İngiltərə Futbol Federasiyası müvafiq olaraq, "Tottenhem" və "Arsenal"a pul ödəmişdi.

0
0