Leonardo Roşa: Biz səviyyəmizi göstərib, qalib gəlməliyik
20.11.2010 - 11:12
Leonardo Roşa: Biz səviyyəmizi göstərib, qalib gəlməliyik
“Bakı” klubunun son transferi olan Leonardo Roşa Unibank Premyer Liqasının XIV turunda MOİK-lə bugünkü oyunda yalnız qələbəyə köklənib. Apasport.az saytının məlumatına görə, “zolaqlılar”da keçirdiyi 3 oyunda 3 qol vuran braziliyalı yarımmüdafiəçi klubunun rəsmi saytına açıqlamasında autsayderlə oyunun çətin olacağını bildirib: “Bu həftə yaxşı hazırlaşmışıq. Azarkeşlərimiz fikirləşməsinlər ki, asan oyun olacaq. Biz səviyyəmizi göstərib, qalib gəlməliyik ”.