“Bu gün 3 xal qazansaq, özünəinamımız daha da artacaq”
20.11.2010 - 11:39
“Əksər insanlar MOİK-lə oyunun asan keçəcəyini güman edirlər. Mən tam əksini düşünürəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın xorvatiyalı qapıçısı Marko Şarliya klubunun rəsmi saytına açıqlamasında deyib. Unibank Premyer Liqasının növbəti turunda MOİK-in qonağı olacaq son ölkə kubokunun qalibi qələbə seriyasını 3-ə çatdırmalıdır. Artıq “Bakı”nın əsas qapıçısı olan Şarliya növbəti çətin sınaqla üzləşəcəklərini bildirib: “Bu oyun çox ağır olacaq. Biz çempionatın ikinci dövrəsində qələbə seriyası əldə etmişik. Bunu davam etdirmək üçün bu gün də inamlı oynamalıyıq. Bu gün 3 xal qazansaq, özünəinam hissimiz daha da artacaq”.
0
0