“Belə davam etsək, mükafatçılar sırasına düşə bilərik” - FOTO
20.11.2010 - 11:55
“Belə davam etsək, mükafatçılar sırasına düşə bilərik” - FOTO
“Hamımızda qələbə əzmi var. MOİK-lə oyuna çox ciddi hazırlaşmışıq. Belə davam etsək, mükafatçılar sırasına düşə bilərik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın futbolçusu Əziz Quliyev klubunun rəsmi saytına açıqlamasında deyib. Olimpiya yığmamızın sabiq futbolçusu son vaxtlar klubunda daim əsas heyətdə oynayır. “Bakı”da sol cinah müdafiəçisi mövqeyində yer alan Əziz MOİK-lə çempionat oyunlarının çox çətin olacağını bildirib: “Belə komandalara qarşı oynamaq həmişə çətin olub. Onların itirəcəyi bir şey yoxdur. Böyük komandalara qarşı daha motivasiyalı oynayırlar ki, özlərini göstərsinlər. Sonuncu dəqiqəyə qədər döyüşəcəklər. Biz bu oyunu futbolçularımızın fərdi ustalığı sayəsində qazanmalıyıq”.