Mahir Şükürovun komandası azarkeşlərinə müraciət etdi
20.11.2010 - 12:10
Mahir Şükürovun komandası azarkeşlərinə müraciət etdi
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun oynadığı Rusiyanın “Anji” klubu azarkeşlərinə müraciət edib. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi fanatlarından oyun zamanı qayda-qanuna əməl etməyi xahiş edir. Çılğınlığı ilə seçilən dağıstanlı azarkeşlər “Anji”ni tez-tez cəzaya məruz qoyublar: “Xahiş edirik ki, oyun zamanı təşkilatçılığı və qaydaları pozmayın, pirotexniki vasitələrin istifadəsindən imtina edin, meydana kənar əşyalar atmayın, görüş iştirakçılarına, rəqib komandanın azarkeşlərinə hörmətlə yanaşın və irqçiliyinin nümayişinə qarşı çıxıb. Yadda saxlayın ki, istənilən qayda pozuntusu təkcə pul cərimələrinə yox, həm də ciddi intizam sanksiyalarına gətirib çıxara bilər”.