“Biz Azərbaycan çempionunun yolu ilə getmək istəyirik”
20.11.2010 - 12:27
“Biz Azərbaycan çempionunun yolu ilə getmək istəyirik”
Qazaxıstanın “Kayrat” futzal klubu Azərbaycanın son illərdə dəyişməz çempionu olan “Araz”ın yolu ilə getmək istəyir. Apasport.az saytının məlumatına görə, UEFA kubokunun elit raundunda mübarizəyə başlayan Qazaxıstan çempionunun prezidenti Kayrat Orazbəyov milliləşdirilən legionerlərin tərəfdarıdır. O, bu mənada Naxçıvan təmsilçisinin seçdiyi yolu təqdirəlayiq sayır: “Əgər hansısa mövqedə geri qaldığımızı və uduza bildiyimizi hiss etsək, ora legioner dəvət edə bilərik. Misal üçün ötən il oynadığımız Azərbaycanın “Araz” klubunda 7 milliləşdirilən braziliyalı oynayır. İtaliya yığmasında belə braziliyalı oyunçuların sayı 11-dir. Niyə biz bu yolla gedə bilmərik? Biz bu yolu keçməliyik. Onu dünyanın aparıcı futbol dövlətləri keçib. Bu, səhvsizdir. Türkiyə, Yaponiya, Koreya bundan keçib. Qorxmaq lazım deyil. Biz öz kadrlarımızla da gedə bilərik, ancaq onda 100 il gedəcəyik. Kim 100 ildən sonra yaxşı futzal görmək istəyir? Buna qədər yaşamaq lazımdır. Ancaq biz yaxşı oyunu indi görmək istəyirik”.
Qeyd edək ki, “Kayrat” ötən mövsüm Bakıda keçirilən seçmə mərhələdə uduzaraq, “Araz”ın qrup qalibi kimi növbəti mərhələyə çıxması ilə barışmalı oldu.