Joze Mourinyo Dieqo Maradonaya avtoqraf verdi
20.11.2010 - 13:19
Joze Mourinyo Dieqo Maradonaya avtoqraf verdi
Argentina yığmasının sabiq baş məşqçisi Dieqo Maradona Madridin “Real” klubunun bazasına baş çəkib. Apasport.az saytının məlumatına görə, argentinalı əfsanəvi futbolçu “Kral klubu”nun məşqində olduğu zamanı ona komandanın forması hədiyyə verilib. Özü də “Real”ın baş məşqçisi Joze Mourinyo formanın üzərində avtoqrafını yazaraq, onu Maradonaya bağışlayıb. İspaniyanın məşhur “Marka” qəzetindən olan həmkarlarımız portuqaliyalı mütəxəssisin yazdıqlarını öyrənə bilib: “Mənə Dieqonun formasını imzalamaq çətindir. Siz dünyada ən yaxşısınız. Mən sizinlə fəxr edirəm”.
Qeyd edək ki, hər iki çalışdırıcı indiyə kimi bir neçə görüşərək, bir-biri haqda xoş sözlər deyiblər. Maradona futbolçu karyerası zamanı “Barselona”da oynadığından, “Real”ın əzəli rəqibi olub.