Futbolçu totalizatorda oynadığına görə iki illik cəzalandırıldı
20.11.2010 - 13:36
Estoniya Futbol İttifaqı “Narva-trans” klubunun futbolçusu Sergey Mitini iki illik cəzalandırıb. Apasport.az saytının məlumatına görə, Estoniyada yaşayaraq Belarus vətəndaşlığını daşıyan futbolçu totalizatorda oynadığına görə ağır diskvalifikasiya olunub. Ancaq yüksək liqasının iştirakçısı olan Mitin bununla razılaşmayaraq, cəzanı haqsız sayır: “Mən özümü günahkar saymıram və mənə nəyəsə görə özümə bəraət qazandırmamalıyam. Əgər mənə konkret sübutlar təqdim olunmazsa, öz adımı qoruyacağam”.
“Narva-trans”ın prezidenti Nikolay Burdakov konkret sübutlar olsa, özü ölçü götürmək fikrindədir: “Sergeyin buna bağlılığı ilə bağlı şayiələr hələ ötən yay çıxmışdı. O, guya kimi iyulun sonunda “Kalyu” ilə oyunda bilərəkdən ikinci sarı vərəqə alıb və futbolçunun qovulmasına pul qoyulubmuş. Əgər günahın konkret sübutları varsa, mən tədbirlər görəcəyəm”.

0
0