Andrey Şevçenko Marçello Lippinin köməkçisi olacaq
20.11.2010 - 14:21
Məşhur ukraynalı futbolçu Andrey Şevçenkonun karyerasını bitirəcəyi vaxt müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Kiyev “Dinamos”nunun və yığmasının 34 yaşlı lideri üçün cari mövsüm peşəkar futbolçu kimi sonuncudur. Mövsüm bitən karyerasını bitirməsini elan edəcək Şevçenko məşqçi kimi fəaliyyətə başlayacaq. “Dinamo”nun kapitanı yığmasının məşqçilər korpusuna daxil olacaq. Ora isə tanınmış italiyalı mütəxəssis Marçello Lippi rəhbərlik edəcək.
Qeyd edək ki, Aleksey Mixayliçenko Ukrayna yığmasının baş məşqçi postundan gedəndən bu vəzifəni Yuri Kalivtinstev icra edir. İtaliya yığmasından gedəndən sonra yarım ildir işsiz olan Lippi ukraynalıların yeni baş məşqçisi olacaq. Şevçenko karyerasının ən yaxşı illərini Lippinin vətənində, “Milan” klubunda keçirib.

0
0