Vinfred Şafer: “Xəzər Lənkəran”la oyunda bunu hiss etdirməməyə çalışacağıq”
20.11.2010 - 20:38
"Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Oyun asan keçmədi, ilk hissədə hesabı aça bilmədik. Lakin ikinci hissədə hesabı açdıqdan sonra daha rahat oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Vinfred Şafer deyib.
Almaniyalı mütəxəssis Unibank Premyer Liqasının XIV turunun MOİK-lə oyunundan sonra görüş haqda danışıb: “MOİK-ə 4 qol vurduq. Rəqibin son iki oyununu izləmişdik. Fikrimcə MOİK-də hücumçu problemi var. Bu gün pis oynamadılar. Böyük hesablı qələbə məni razı saldı, lakin Əziz Quliyevin lazımsız yerə qırmızı vərəqə alması məni üzür. Növbəti turda "Xəzər Lənkəran"la çətin oyunumuz var, Əzizin yoxluğunu hiss etdirməməyə çalışacağıq. Meydançanın vəziyyəti də ürəkaçan deyildi. MOİK komandasına gələcək oyunlarda uğurlar arzu edirəm".
Mənbə: pfl.az

0
0