“Simurq” kapitanını itirdi
20.11.2010 - 20:54
Zaqatalanın "Simurq" klubu növbəti 1 ay ərzində kapitan Rasim Ramaldanovun xidmətindən istifadə edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, gənc futbolçu Unibank Premyer Liqasının son turunun bu gün "Gəncə" ilə keçirilən qarşılaşmada topuğundan zədələnib. Tibbi müayinədən keçən Ramaldanovun ayaq bağlarında qopma olduğu müəyyənləşib. Həkimlərin rəyinə əsasən "Simurq"un kapitanı 1 ay müddətində bərpa prosesi keçəcək.
Mənbə: pfl.az
Mənbə: pfl.az
0
0