Yığmamızın futbolçusu “18-liy”ə düşmədi
21.11.2010 - 00:01
Yığmamızın futbolçusu “18-liy”ə düşmədi
Rusiya Premyer Liqasında XXIX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun şərəfini qoruduğu Mahaçqalanın “Anji” klubu öz meydanında “Saturn”la görüşüb. Yığmamızın Çernoqoriya ilə keçirdiyi son oyununda kapitan sarğısını daşıyan 28 yaşlı yarımmüdafiəçimiz bu dəfə də komandasına lazım olmayıb. Son oyunlar heyətdəki yerini itirən Mahir bu dəfə heç “18-liy”ə də düşməyib.

Şükürovun yoxluğunda onun komandası 1:2 hesabı ilə məğlub olub. Bu matçda hesabı “Saturn”un əslən azərbaycanlı futbolçusu Emin Mahmudov açıb. Bu məğlubiyyətdən sonra “Anji” durumunu daha da pisləşdirib. 29 turdan sonra hesabında 30 xal olan dağıstanlılar 12-ci pillədə qərarlaşıb. Lakin Premyer Liqada qalmaq uğrunda mübarizə aparan 3 izləyicisi son turda “Anji”ni I diviziona göndərə bilərlər. Belə ki, səfərdə avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Nalçik “Spartak”ının qonağı olacaq Mahirin komandasından fərqli “Krılya Sovetov” (30 xal), “Amkar” və “Alaniya”nın (hərəyə 29 xal) işi daha asandır.

Qeyd edək ki, Rusiyada “Zenit in I, MOİK-in II, “Sibir”in sonuncu yeri tutması 30-cu turun nəticələrindən asılı olmayaraq rəsmiləşib.