David İmedaşvili Mirça Rednikdən şans gözləyir: Mən hazıram
21.11.2010 - 11:25
David İmedaşvili Mirça Rednikdən şans gözləyir: Mən hazıram
“Muğan”la I dövrədə heç-heçə etmişdik. Bu dəfə qələbə qazanıb, liderlə xal fərqinin artmasına imkan verməməliyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun futbolçusu David İmedaşvili deyib.

Yayda cənub təmsilçisinə transfer olunan və gəldiyi gündən daim əsas heyətdə yer alan gürcüstanlı müdafiəçi son 2 ayda yaşıl meydandan uzaq qalıb. Buna səbəb futbolçunun sentyabrda zədə alması və cərrahiyyə əməliyyatı olunması ilə bağlı idi. Artıq zədəsini sağaldan İmedaşvili baş məşqçinin ona nə zaman şans verəcəyini gözləyir: “2 ay əvvəl çarpaz bağlarım zədələnmişdi. Cərrahiyyə əməliyyatı olundum. İndi hər şey qaydasındadır. Özümü normal hiss edirəm. Məşqlərdə yaxşı tərəfdən seçilməyə çalışıram. İnanıram ki, baş məşqçi adımı bu gün “Muğan”la keçiriləcək oyunun “18-liy”inə daxil edəcək. Oynamağa hazıram”.