“Xəzər Lənkəran” “Neftçi”yə yaxınlaşdı
21.11.2010 - 17:53
“Xəzər Lənkəran” “Neftçi”yə yaxınlaşdı
Bu gün keçirilən 3 oyunla Unibank Premyer Liqasında XIV tura yekun vurulub. Apasport.az saytının xəbərinə görə, lider “Neftçi” öz meydanında xal itirib. Paytaxt təmsilçisi heyətində xeyli itkiləri olan “Qəbələ” ilə görüşdə qol sevinci yaşa bilməyib.

“Ağ-qaralar”ın ən yaxın izləyicisi “Xəzər Lənkəran” isə turu 3 xalla başa vurub. Cənublular Lənkəran şəhər stadionunda Salyanın “Muğan” klubunu 2 cavabsız qolla məyus ediblər. Oyunda vurulan hər 2 qola Alim Qurbanov imza atıb.

“Qarabağ” isə mövsümdə 5-ci məğlubiyyətini alıb. Ağdamlılar bu dəfə AZAL-ın qarşısında aciz qalıblar.

21 noyabr

AZAL - "Qarabağ" - 2:0
QOLLAR: Zohair Benouahi, 73; 85
Hakimlər: Elçin Məmmədov, Roman Vasilyev, Yaşar Abbasov, Alik Yunusov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 0:0

"Neftçi" - "Qəbələ" - 0:0
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, İlham Əliyev, Vüsal Əliyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 2:0

"Xəzər Lənkəran" - "Muğan" - 2:0
QOLLAR: Alim Qurbanov, 30, 68
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Coşqun Həsənov, Teymur Fərhadov
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk dövrədəki oyun – 0:0

20 noyabr

MOİK - "Bakı" - 0:4
QOLLAR: Ernad Skuliç, 56, 81; Joel Epalle, 88; Saşa Kaykut, 90+2
Hakimlər: Əfqan Həmzəyev, Zeynal Zeynalov, Elşən Durmuşov, Tahir Əhmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 1:2

"Simurq" - "Gəncə" - 0:0
Hakimlər: Ceyhun Haşımov, Habil Əliyev, Ramiz Əsədov, Rasim Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 1:1

"İnter" - "Turan" - 3:0
QOLLAR: David Odikadze, 2; Mario Santana, 55; Robertas Poşkus, 88
Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, Mübariz Haşımov, Elvin Əsgərov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 3:0

1

Neftçi

14

9

4

1

29-7

31

2

Xəzər Lənkəran

14

9

3

2

16-6


3
0

3

AZAL

14

8

4

2

20-7

28

4

İnter

14

8

3

3

13-9

27

5

Bakı

14

6

3

5

21-16

21

6

Qarabağ

14

6

3

5

15-11

21

7

Qəbələ

14

5

5

4

9-7

20

8

Gəncə

14

3

7

4

19-20

16

9

Turan

14

2

5

7

11-21

11

10

Muğan

14

2

5

7

6-16

11

11

Simurq

14

1

4

9

9-21

7

12

MOİK

14

1

2

11

5-32

5





Bombardir: Bahodir Nasimov (“Neftçi”) - 14