“MOİK-lə oyundakı səhvi təkrarlamaq istəmirik”
21.11.2010 - 12:00
“MOİK-lə oyundakı səhvi təkrarlamaq istəmirik”
“Bu oyuna yaxşı hazırlaşmışıq. Ancaq qələbə haqda düşünürük”. Bunu apasport.az saytına açıqlamasında AZAL-ın hücumçusu Vüsal Qarayev deyib.

Bu gün Unibank Premyer Liqasının XIV turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq AZAL oyunun start fitini gözləyir. “Təyyarəçilər” bu dəfə 3 xal qazanmaq niyyətindədir. Ötən tur gözlənilmədən 2 xal itirən paytaxt təmsilçisini bundan nəticə çıxarıb: “MOİK-lə oyunda 2 xal itirdik. Bundan nəticə çıxarmışıq. Həmin səhvi bu dəfə təkrarlamaq istəmirik. İnşallah, 90 dəqiqənin sonunda sevinən tərəf biz olacağıq”.

Nazim Süleymanovun AZAL-a baş məşqçi təyin edilməsindən sonra komandaya dəvət edilən hücumçuya etimad qazanıb. Hətta qol vuraraq komandasının qələbəsində pay sahibi olan Qarayev əsas heyətdə oynamaq istəyir: “Əsas heyətdə oynamaq üçün məşqlərdə çox çalışıram, özümü yaxşı tərəfdən göstərmək istəyirəm. İnşallah, baş məşqçi “Qarabağ”la oyunda komandama kömək etməyə şərait yaradar”.