Rövşən Əmiraslanov: Etdiyimiz məşqlər hədər getmədi
21.11.2010 - 12:22
Rövşən Əmiraslanov: Etdiyimiz məşqlər hədər getmədi
“Maraqlı oyun alındı. Digər matçlarda olduğu kimi, bu dəfə də meydana qələbə qazanmaq və titulumuzu qorumaq uğrunda mübarizəni davam etdirmək məqsədi ilə çıxmışdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun yarımmüdafiəçisi Rövşən Əmiraslanov deyib.

“Turan”la keçirilən oyunda ilk dəqiqələrdən meydanda olan yarımmüdafiəçi “İnter”in heyətində yer alan azsaylı yerli futbolçulardan idi. Matçın gedişində baş məşqçi tərəfindən əvəzlənilən Əmiraslanov daim oynamağa hazır olduğunu bildirib: “3 xal qazandığımıza görə, şadam. Bu həftə etdiyimiz məşqlər hədər getmədi. Bugünkü oyun bir daha onu göstərdi ki, istənilən futbolçu ilk “11-lik”də meydana çıxa bilər. Ona görə də öz şansımızı gözləməli, oynamağa hazır olmalıyıq. Meydanda özümü yaxşı hiss edirdim. Düşünürəm ki, komandamın uğur qazanması üçün əlimdən gələni etdim”.