“Əsas məqsədimiz ötən ilki nəticəni təkmilləşdirməkdir”
21.11.2010 - 13:01
“Komanda elit-raundun oyunlarına tam hazırdır. Son 3 gündə keçdiyimiz hazırlıqda mübarizə aparacağımız taktikanı və digər variantlar üzərində çalışdıq. Əlbəttə, əsas məqsədimiz ötən ilki nəticəmizi təkmilləşdirməkdir. Ən azından keçən ilki nəticəmizi təkrarlamağa çalışacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Naxçıvanın “Araz” klubunun baş məşqçisi Jose Alessio da Silva deyib.
Ölkəmizi futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində təmsil edəcək Azərbaycan çempionu artıq oyunların keçiriləcəyi Rusiyanın Yekaterinburq şəhərinə yola düşüb. Braziliyalı çalışdırıcısı heyətdəki dəyişikliklərə baxmayaraq, nikbin fikirdədir: “Dördlər finalı”na vəsiqə qazanmaq şansımıza gəlincə, bilirsiniz ki qrupumuzda güclü komandalar yer alıb. İtaliya, Rusiya və Kipr çempionu ilə qarşılaşacağıq. Məncə, əsas mübarizə “Montesilvano”, “VİZ-Sinara” və “Araz” arasında olacaq. Bu komandaların əldə etdikləri nəticələr göz önündədir. Rusiya təmsilçisi doğma meydan amilindən istifadə etməyə çalışacaq”.
Ötən il tarixi nəticəyə imza ataraq “Dördlər finalı”na vəsiqə qazanan “Araz” nəticədə üçüncülüklə kifayətlənmişdi. Bu turnirdə kifayət qədər təcrübəyə malik olan təmsilçimiz İtaliya, Rusiya və Kipr çempionu ilə eyni qrupda mübarizə aparacaq. Braziliyalı çalışdırıcı rəqiblərin gücünə bələd olduğunu bildirərək “Araz”ın adına layiq oyun nümayiş etdirəcəklərini sözlərinə əlavə edib: “Rəqiblərin oyunlarını izləmişəm, zəif və güclü tərəflərini bilirəm. Onu deyim ki, çox güclü komandalardır. Misal üçün, İtaliya təmsilçisinin heyətində 6 Braziliya millisinin formasını geyinən futbolçu var. Bildiyiniz kimi, bizim də ötən ilki heyətdən bəzi futbolçularımız yoxdur. Çalışacağıq ki, Azərbaycanın, “Araz”ın adına layiq mübarizə aparıb yaxşı nəticə əldə edək”.
Qeyd edək ki, “Araz” futzal üzrə UEFA kubokunun elit-raundunda ilk oyununu sabah Bakı vaxtı ilə 16:00-da Kipr çempionu «Ararat Nikosiya»ya qarşı keçirəcək.

0
0