“Həmin futbolçulara məsləhətim odur ki, bu əməldən daşınsınlar” - MÜSAHİBƏ
21.11.2010 - 13:32
“Qarabağ” klubunun müdafiəçisi Aftandil Hacıyevin apasport.az saytına müsahibəsi
- Hazırkı durumunuzdan razısınızmı?
- Ötən mövsüm zədə üzündən oynaya bilmədim. Cari çempionatda zədəm tam sağalsa da, hələlik baş məşqçi əsas heyətdə mənə şans vermir. Şansımı gözləyirəm. Mövsümün sonuna qədər “Qarabağ”da qalacam.
- Bir vaxtlar millinin formasını geyinirdiniz. Amma bu gün “Qarabağ”da ehtiyatda qalırsınız. Bu nə ilə bağlıdır? Hansı yanlışlığa yol vermisiniz?
- Yanlışlıq deyəndə ki, bu hər bir futbolçunun başına gələ bilər. Heç kim zədədən sığortalanmayıb. Futbolçu üçün zədə qaçılmazdır. Sadəcə, zədəmi sağaltmaq uzun çəkdi. İndi tam sağalsam da, baş məşqçi etimad göstərmir.
- Bu qədər geriləməyi yalnız zədə ilə bağlamaq nə dərəcədə düzgündür?
- Hal-hazırda zədəm yoxdur, məşqlərdə də özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Oynamağa hazıram. Düzdür, oyun təcrübəsi baxımından axsaya bilərəm. Çünki çox az oynamışam. Bunu da hardasa öz təcrübəm hesabına yoluna qoya bilərəm.
- Rəşad Sadıqov “Əskişəhərspor”a keçən vaxt əksəriyyət sizin əsas heyətdə meydana çıxacağınızı düşünürdü...
- Əslində, mən də belə fikirləşirdim. Amma baş məşqçinin nə düşündüyünü deyə bilmərəm. Bununla bağlı ondan xəbər alsanız, daha yaxşı olar.
- Hazırkı taleyinizlə barışdığınızı söyləmək olarmı?
- Həyat mübarizə aparmağı tələb edir. Mən də mübarizəmi sözlə deyil, əməlimlə aparıram. Kiminsə ünvanına artıq-əskik danışmaq niyyətim yoxdur. Çalışam ki, rəqabətdə uduzmayım. Qaldı ki, bu mübarizədə udub-uduzmağıma, bu məşqçilərin fikridir. Müqaviləmin şərtlərinə əməl etmək məcburiyyətindəyəm.
- Siz həm də dinə bağlı insansınız. Bu gün “Qarabağ”da qalmağınızda bu amilin rolu varmı?
- Rəhbərlik şəxsi inancımıza heç bir maneçilik törətmir. Ancaq bunun işə heç bir aidiyyəti yoxdur. İstəyim meydanda çıxıb, 90 dəqiqə futbol oynamaqdır. Keçən il zədəli olduğum üçün “Qarabağ”dan ayrılmağı düşünmürdüm. Ancaq bu il az oynamağım məni düşünməyə vadar edir.
- Yeri gəlmişkən, son vaxtlar futbolçular arasında namaz qılanların sayı artıb. Amma onların əksəriyyəti gözdən pərdə asırlar. Yəni, mənsəbləri ilə əməlləri düz gəlmir...
- Bu mənfi haldır. Namazı axirət üçün qılırlar. Həmin insanlara məsləhətim odur ki, bu əməldən daşınsınlar.
- Futbolçular arasında tez-tez qruplaşmalar yaranır. Nə vaxtsa bu cür qruplaşmada iştirak etmisinizmi?
- Heç vaxt. Buna pis baxıram. Hər kəs öz işi ilə məşğul olmalıdır. Futbolu da dinə qarışdırmaq olmaz. Namazı özün üçün qılırsan, amma futbolu kollektiv şəkildə oynayırsan və komandanı düşünməlisən. Həm də hər şəxsin öz inancı ola bilər.
- 2005-ci ildə milli komandamız Polşaya məğlub olan zaman müəyyən “torba” əməliyyatının olması barədə söz-söhbət yayılmışdı.
- Müəyyən söz-söhbət olmuşdu. 0:8 hesablı məğlubiyyət bəzi insanların sinirlərini pozmuşdu. Həmin oyunda heç bir qruplaşma olmamışdı. 4 gün sonra İngiltərəyə qarşı yaxşı oynadıq. Meydanda həmin futbolçular idi. Ola bilsin, böyük hesablı məğlubiyyətə görə, bəzi oyunçuların meydana çıxmağa həvəsi olmasın. Amma yığmada oynamaqdan imtina etmək, bu mümkün deyil.
- Yığmada oynamaq futbolçu üçün nə deməkdir?
- Şərəfdir. Hər bir futbolçu bu hissi yaşamaq istəyir.
- Futbolçu kimi çoxmu tanınmısınız?
- Bəli, futbol oynaya-oynaya tanınmışıq. Hərdən çətin peşə olduğunu deyirəm. Amma heç bir sahədə idmanda olduğu kimi məşhurlaşmaq mümkün deyil.
- Karyeranız ərzində bir neçə komandada oynamısınız. Hansında özünüzü daha yaxşı hiss etmisiniz?
- Hər birinin öz yeri var. Ayırmaq istəmirəm. 6 il “Şəfa”da, 2 il “Neftçi”də, bir o qədər də “Turan”da çıxış etmişəm. “Qarabağ” artıq doğmalaşıb.
- Karyeranızın pik vaxtlarında niyə xarici klublarda oynamağa cəhd göstərməmisiniz?
- Millidə oynayan vaxtlarda təkliflər var idi. Daha sonra “Turan”ın və “Neftçi”nin formasını geyindim. Müqaviləm var idi. Həm də zədələr buna imkan vermədi. Sonra ailə həyatı qurdum. Görməli olduğum işlər var idi. Get-gedə qırağa çıxmaq ikinci plana keçdi. Ancaq əvvəllər legioner həyatı yaşamağı çox istəmişəm.
- Təcrübəli futbolçular karyera qurmaq üçün bir qədər gec evlənməyi məsləhət bilirlər. Amma siz 25 yaşınızda, əsl futbol oynamalı olduğunuz vaxtda ailə qurdunuz. Onların bu fikrinə münasibətiniz necədir?
- Evlənmək insanı rejimə salır. Futbolu düşünən insan daim bu oyun haqda fikirləşməlidir. Mən o insanlardan deyiləm ki, ailə həyatı qurduqdan sonra futbolu atım. Subay olanda daha çətin idi. Düşünürəm ki, subaylığın daşını 25 yaşda yox, bir qədər də erkən atmalı idim.

0
0