Braziliyalı legioneri “Neftçi”dən ayrıldı
21.11.2010 - 14:09
“Muğan”la görüşdə başıma gələnlərdən xəbərdarsınız. İnanın ki, həmin an karyeramın bitdiyini düşünürdüm”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun futbolçusu Flavio Aleks Valensio deyib.
Unibank Premyer Liqasının XIII turunda Salyanda "Muğan"la görüşün 16-cı dəqiqəsində braziliyalı futbolçu ciddi zədə alaraq meydanı tərk etdi. Sonradan yarımmüdafiəçinin sol ayağında sınıq aşkarlandı. Həkimlərin rəyinə görə, hazırda ayağı gipsdə olan oyunçunun yalnız qış fasiləsindən sonra yaşıl meydanlara dönəcək.
Artıq bu gün Flavinyo müalicəsini davam etdirmək məqsədilə öz ölkəsinə yollanıb: “Sağ olsunlar ki, həkimlərimiz mənə təsəlli verərək, tezliklə olmasa belə, yaşıl meydanlara qayıdacağımı bildirdilər. Hazırda komandamız liderdir, mən inanıram ki, futbolçularımız inamla bu liderliyi davam etdirəcəklər. Mən isə "Neftçi" Antalyada ki, ilk təlim-məşq toplanışına yollanmazdan öncə artıq Bakıda olacam”.

- Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi
- Haaland üçün xüsusi plan yoxdur - Seneqal Norveçi gözləyir
- Arnolddan Mbappe zarafatı - “Üç qapıçı ilə oynaya bilərikmi?”
- Konseysaodan Ronaldoya tərif - “Onun kimisi olmayıb”
- "Fənərbaxça"dan rədd cavabı - Braun üçün təklif qəbul edilmədi
0
0