Azərbaycan çempionunun rəqibi: Bu gözəl ov olacaq
21.11.2010 - 15:48
Azərbaycan çempionunun rəqibi: Bu gözəl ov olacaq
UEFA kubokunun elit-raundunda Azərbaycan çempionu “Araz”ın rəqibi olan Rusiyanın “VİZ-Sinara” futzal klubu qarşıdakı oyunlara hazırlaşır. Apasport.az saytının məlumatına görə, qrup oyunlarına ev sahibliyi edəcək Yekaterinburq təmsilçisinin kapitanı Sergey Zuyev yarış ərəfəsində geniş müsahibə verib.

Lakin təcrübəli qapıçı futzaldan deyil, daha böyük “məhəbbət”indən danışıb. Balıqçılığa vurğunluğunu açıqlayaraq, bu məşğuliyyəti barədə ətraflı məlumat verən Sergey elit-raundun oyunlarına da ov gözüylə baxır: “Elit-raundu balıq ovuna bənzədim? Heç bilmirəm, necə deyim. Amma “Mauqli”də canavar sürüsünün başçısı Akela yaxşı deyirdi: Bu gözəl bir ov olacaq. Həqiqətən də elit-raund çox maraqlı keçəcək”.