Millinin sabiq baş məşqçisi havayı işləyəcək
21.11.2010 - 15:52
Fransa milli komandasının sabiq baş məşqçisi Raymond Domenek özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 58 yaşlı mütəxəssis Parisdəki uşaq komandalarından birini çalışdıracaq. 2004-10-cu illərdə “xoruzlar”a başçılıq edən Domenek “Bulon-Biyanikur” klubunun uşaqlarına futbolun sirlərini öyrədəcək. 2010-cu ilin sonuna kimi bu vəzifədə çalışacaq məşqçi ictimai əsaslarla, yəni havayı işləyəcək.
Qeyd edək ki, 2004-cü ildən yığmaya rəhbərlik etmiş Domenek bu il komandadan ayrılıb.
Qeyd edək ki, 2004-cü ildən yığmaya rəhbərlik etmiş Domenek bu il komandadan ayrılıb.
0
0