“Bakı” “Neftçi”yə çatdı, AZAL-ın rekordu qırılmadı
21.11.2010 - 16:24
Unibank Premyer Liqasının XIV turunun MOİK-lə qarşılaşmasında 4:0 hesabı ilə qalib gələn “Bakı” klubu “Neftçi”yə çatıb. Apasport.az saytının məlumatına görə, matçda vurulan bütün qolları ikinci hissədə rəqib qapısından keçirən paytaxtın eyni adlı təmsilçisi 45 dəqiqəyə 4 və daha çox qol vurmağı bacaran 3-cü komanda olub.
Cari mövsümdə “Bakı”ya qədər yalnız “Neftçi” bir hissəyə 4 qol vurmuşdu. Arif Əsədovun yetirmələri MOİK-lə səfər və “Gəncə” ilə ev oyunlarının II hissəsində belə məhsuldarlıq göstərmişdilər. “Bakı” həmşəhərlilərinə çatsa da, AZAL-ın rekordu qırılmayıb.
Belə ki, “təyyarəçilər” 4-dən də çox – 5 qolu bir hissəyə vurmuşdular. Onlar “İnter”lə görüşün II hissəsində coşmuşdular.

0
0