“Barselona” baş məşqçini istefaya göndərdi
21.11.2010 - 16:19
“Barselona” baş məşqçini istefaya göndərdi
İspaniya çempionatında daha bir istefa qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Almeriya” klubunun çalışdırıcısı Xuan Manuel Lilo vəzifəsindən azad edilib.

Bu istefaya “Barselona” səbəb olub. Belə ki, 12 turdan sonra 9 xalla 20 komanda arasında 18-ci olan “Almeriya” rəhbərliyi kataloniyalılardan aldığı zərbəni həzm edə bilməyib. Öz meydanında “Barselona”ya 0:8 hesabı ilə uduzan komanda tarixi ərzində belə yenilgiyə məruz qalmamışdı. 1989-cu ildə yaradılan “Almeriya” 21 illik tarixinin ən ağır məğlubiyyətindən sonra baş məşqçiyə “yaxşı yol” deməli oldu.