Qurban Qurbanov: Meydanda yalnız AZAL idi
21.11.2010 - 16:28
Qurban Qurbanov: Meydanda yalnız AZAL idi
“Rəqibi qələbə qazandığı üçün təbrik edirəm. Maraqlı oyun oldu”. Apasport.az saytının xəbərinə görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi bu gün Unibank Premyer Liqasının XIV turu çərçivəsində növbəti məğlubiyyətini (0:2) AZAL-dan aldı. Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında Qurbanov komandasının oyunundan çox da razı qalmayıb: “Buraxdığımız qola qədər komandadan razı qaldım. Amma qoldan sonra meydanda yalnız AZAL vardı. Bu da başa düşülən idi. Hesabda geri düşdüksən sonra irəli atıldıq. Rəqibin heyətində fərdi keyfiyyətlərinə görə yaxşı futbolçular var. Bu məğlubiyyəti unudub, “Neftçi” ilə oyuna hazırlaşacağıq”.