“Bilirdik ki, orta xətdə daha çox top saxlayacaqlar”
21.11.2010 - 16:35
“Bilirdik ki, orta xətdə daha çox top saxlayacaqlar”
AZAL klubunun baş məşqçisi Nazim Süleymanov Unibank Premyer Liqasının XIV turunda “Qarabağ” üzərində qazanılan qələbədən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, Süleymanov bildirib ki, rəqibin əvvəlki oyunlarını yaxşı təhlil ediblər: “Qarabağ” ölkənin ən yaxşı komandalarından biridir. Avrokuboklarda öz sözünü deyib. Bilirdik ki, orta xətdə daha çox top saxlayacaqlar. Biz ötən tur MOİK-lə oyunda 2 xal itirmişdik. Buna görə bu günkü oyuna ciddi hazırlaşmışdıq, bunun da nəticəsini gördük. Futbol elə oyundur ki, gərək qol vurasan. Biz də bu gün qol vurub, qələbə qazandıq”.

Qeyd edək ki, AZAL “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib.