“Borussiya” rekorda şərik oldu
21.11.2010 - 16:54
“Qarabağ”ı avrokuboklardan kənarlaşdıran “Borussiya” Almaniyada rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, Bundesliqanın XIII turunda “Frayburq”u 2:1 hesabı ilə məğlub edən Dortmund təmsilçisi mövsümdə 11-ci dəfə qalib gəlib. Startdakı 13 matçda 11 qələbə qazanmaq isə Almaniya çempionatlarının rekordudur. İndiyədək yalnız “Bavariya” bunu bacarmışdı. Münhenlilər 1980 və 2005-ci illərdə nəhs turda 11-ci dəfə 3 xal sevinci yaşamışdılar.
- Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi
- Haaland üçün xüsusi plan yoxdur - Seneqal Norveçi gözləyir
- Arnolddan Mbappe zarafatı - “Üç qapıçı ilə oynaya bilərikmi?”
- Konseysaodan Ronaldoya tərif - “Onun kimisi olmayıb”
- "Fənərbaxça"dan rədd cavabı - Braun üçün təklif qəbul edilmədi
0
0